14 okt 13:47region

Diaspora sədrinin məclisində “sxodka” – “Qanuni oğru”nu döydülər

Diaspora sədrinin məclisində “sxodka” – “Qanuni oğru”nu döydülərKiyev Azərbaycanlıları Konqresinin sədri “Oleq Bakinski” kimi tanınan Oleq Krapivinin yaxın qohumunun toyunda ukraynalı “qanuni oğru” “Nedelya” ləqəbi ilə tanınan Andrey Nedzelski kriminal dünyanın ali titulundan məhrum edilib də daha sonra döyülərək oradan qovulub.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin yayıb.

Andrey Nedzelski 2012-ci ildə Yunanıstanda keçirilən “sxodka”da taclandırılıb. Onun bu ali dərəcəyə layiq görülməsində nüfuzlu “qanuni oğru” “Dato Kutaisski” yaxud “Varlamıç” ləqəblər ilə məşhur olan David Sebiskveradzenin böyük rolu olub.

“Nedelya” Ukraynada kriminal vəziyyətə nəzarət edirdi. O, Kievin “obşakı”na cavabdeh idi. Andrey Nedzelskinin hansı səbəbdən hədəfə gəlməsi bəlli deyil. Bu məsələdə maraqlı məqam “Nedelya”nın qohumu “Oleq Bakinski”nin məclisində döyülməsi olub.

“Oleq Bakinski” diaspora sədri kimi tanınmaqla yanaşı kriminal avtoritet kimi də qələmə verilir. Hətta Rusiya mətbuatı onu “qanuni oğru” kimi də təqdim edir. Onun Ukraynada kifayət qədər böyük nüfuzu var.

“Oleq Bakinski” təkcə azərbaycanlıların deyil, yerli əhalinin də arasında güclü təsir imkanlarına malikdir. Onun kriminal dünyadada təsadüfi şəxs olmadığı barədə iddialar var. Doğrudur, “Oleq Bakinski”nin bu aləmə yaxın olması barədə özünün hər hansı fikrinə rast gəlinmməyib. Amma görünən budur ki, o, “qanuni oğru” kimi təqdim olunmasına da etiraz etmir.

Andrey Nedzelskinin onun məclisində döyülməsi və buna müdaxilə edilməməsi məsələnin kökündə kifayət ciddi səbəblərin dayandığını deməyə əsas verir.

Onu da qeyd edək ki, “Oleq Bakinski” ilə azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov arasında konfliktin olduğu barədə iddialar var.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU