10 okt 08:16region

Azərbaycandilli məktəbdə şagirdlər zəhərləndi

Azərbaycandilli məktəbdə şagirdlər zəhərləndiGürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində şagirdlər arasında zəhərlənmə olub.

Report xəbər verir ki, kənd məktəbinin 6-cı sinfinin 7 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyemtələr məktəb yaxınlığında yerləşən mağazadan limonad və kətə alıblar. Qida qəbulundan sonra onlar özlərini pis hiss ediblər. Məktəb rəhbərliyi təcili tibbi yardım çağırıb.

Xəstəxanadan bildirilib ki, 11 yaşlı məktəblilərin vəziyyəti qənaətbəxş olub və detoksikasiya proseduru başa çatdırılandan sonra onlar evə yazılıblar.
XƏBƏR LENTİ
SORĞU