09 okt 13:28region

Baş prokurorun diplomu saxta çıxdı, ara qarışdı - Parlamnet istefasını tələb edir

Baş prokurorun diplomu saxta çıxdı, ara qarışdı - Parlamnet istefasını tələb edirGürcüstan parlamenti baş prokuror Şalva Tadumadzenin istefasını tələb edir.

Publika.az xəbər verir ki, onun ali təhsil almasını təsdiq edən sənədi saxta çıxıb.

Belə ki, Ş.Tadumadzenin diplomunda Tbilisi Humanitar İnstitutuna 1993-cü ildə qəbul olunduğu yazılıb. Halbuki İnstitut 1994-cü ildə təsis edilib.

Baş prokuror Gürcüstanın Ali Məhkəməsinin hakimliyinə namizəddir. Hazırda parlamentdə onun iştirakı ilə dinləmə keçirilir.

Qeyd edək ki, Ş.Tadumadze bu vəzifəyə 2018-ci ildə gəlib.
XƏBƏR LENTİ
SORĞU