05 okt 15:31region

Düşmən əsgəri vuruldu

Düşmən əsgəri vurulduAzərbaycanla Ermənistan sərhədində atışma baş verib.

Ermənistan KİV xəbər verir ki, ötən gün qeydə alınan atışmaz zamanı Koti kəndi istiqamətində erməni əsgəri yaralanıb.

Hərbi qulluqçu Armen Çaxmaçyan çiynindən yaralanaraq hərbi hospitala yerləşdirilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ötən gün Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizin atəşə tutulduğunu bildirmişdi.
XƏBƏR LENTİ
SORĞU