04 okt 10:31region

İran generalına sui-qəsd planı ifşa edildi: 3 həbs... – Açıqlama

İran generalına sui-qəsd planı ifşa edildi: 3 həbs... – Açıqlamaİran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Qüds briqadasının komandanı, general Qasım Süleymaniyə sui-qəsd edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə SEPAH komandanı Hüseyn Taib bildirib.

General deyib ki, sentyabrın 10-da keçrilən Aşura törəni zamanı Süleyman Qasimiyə qarşı sui-qəsd planı hazırlanıb.

İranın Yaxın Şərq regionunda yayılma siyasətinin memarı kimi tanınan və qərb mediasının “Qara cəngavər” ləqəbi daşıyan Süleymaninin öldürülməsi planının İsrail və ərəb ölkələrinin kəşfiyyat qurumları tərəfindən hazırlandığını iddia edən Hüseyn Taib əlavə edib ki, planı ifşa edə biliblər: “Artıq 3 nəfər saxlanılıb”.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.