02 okt 10:55region

Yüzlərlə etirazçı Maydana çıxdı

Yüzlərlə etirazçı Maydana çıxdıUkrayna Prezidenti Vladimir Zelenskinin ofisi qarşısında yüzlərlə etirazçı aksiya keçirir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, onlar “Ştaynmayer formulu”nun imzalanmasına etiraz edirlər.

Xatırladaq ki, “Ştaynmayer formulu” Donetsk və Luqansk vilayətlərində yerli özünüidarəetmənin qaydalarını müəyyən edir. Buna “Donbasın xüsusi statusu haqqında qanun” da deyilir.

Nümayişçilər həmin razılaşmanı “kapitulyasiyaya aparan yol” adlandıraraq Prezidentin istefasını tələb edirlər.

Prezident ofisini ölkənin Milli Polisi mühafizə edir. Hazırda binanın ətrafında sakitlikdir.

Bundan başqa, "Ştaynmayer formulu”na qarşı etiraz edən daha bir qrup Kiyevin mərkəzində Maydana toplaşıb. Onlar da Ukrayna Prezidenti Vladimir Zelenskinin istefasını tələb edirlər.
XƏBƏR LENTİ
SORĞU