01 okt 14:08region

Ruhaninin qardaşına hökm oxundu

Ruhaninin qardaşına hökm oxunduİran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin 5 il müddətinə azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qulamhüseyn İsmaili deyib.

“Hüseyn Firidun apellyasiya məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib”, - İsmaili "Fars" agentliyinə açıqlamasında bildirib.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani Avrasiya İttifaqı Ali Şurasının iclası ilə bağlı İrəvana səfər edib.
XƏBƏR LENTİ
SORĞU