23 sen 11:17region

ALDP İraq Türkməneli Partiyasına təbrik məktubu göndərdi

ALDP müttəfiqi olan İraq Türkməneli Partiyasına sabah keçirəcəyi növbəti qurultayı ilə bağlı təbrik məktubu ünvanlayıb.

İraq Türkməneli Partiyasının Qurultay iştrakçılarına!

Hörmətli Qurultay iştrakçıları!
Azərbaycan Liberal Demokrat Partiyasının üzvləri və öz adımdan qardaş və dost olan İraq Türkməneli Partiyasının üzvlərini salamlayıram. Qurultayın keçirilməsi və qəbul olunan qərarlar partiya üzvlərinə, Türkməneli millətinə xeyirli və uğurlu olsun!

Hörmətli Qurultay iştrakçıları!
İki ildən çoxdur ki, əməkdaşlıqla bağlı partiyalar arası müqaviləmiz mövcüddur. Bu əlaqələrin qurulmasından çox məmnunam. İnanıram ki, bu əlaqələr daha da genişlənəcək və inkşaf edəcək.


Hörmətli Qurultay iştrakçıları!
Bir daha Qurultay münasibətilə sizi təbrik edirəm və sizə bu çətin, amma şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram!

Hörmətlə,

Fuad Əliyev
Aaərbaycan Liberal Demokrat Partiyasının sədri

ALDP İraq Türkməneli Partiyasına təbrik məktubu göndərdi
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU