21 sen 17:14region

Həmyerlimiz Rusiyada yeni partiya yaratdı

Həmyerlimiz Rusiyada yeni partiya yaratdıTanınmış hüquqşünas Elman Paşayev Rusiyada özünün “SSSR-“Ədalətli qüvvələrin gücü” partiyasını təsis edib.

Elman Paşayev... Bu ad və soyadı son illərdə mətbuat səhifələrində, televiziya ekranlarında, ictimai-siyasi müzakirələrdə tez-tez eşidirik. Bəziləri ona qalmaqallı məhkəmə proseslərinin qalibi, Rusiyada yaşayan ən uğurlu azərbaycanlı vəkillərindən biri, “Elman Group” Beynəlxalq Hüquq Holdinqinin rəhbəri kimi tanıyır. Adını “azərbaycanlı” qoyan bəzi “juranslist”lər isə mənfur qonşularımızın dəyirmanına su tökməklə ermənilərin özünə qatı düşmən saydığı bu şəxsin barəsində dezinformasiya yayır. Amma, bütün hallarda yelin qayadan aparacağı bir şey yoxdur. Çünki mənfurların qəbul etmək zorunda olduğu bir reallıq var.Elman Paşayev günümüzün məşhur isimlərindən, beynəlxalq hüquq arenasında dəqiqliyi və ədalətli mövqeyi ilə seçilən,tanınan bir soydaşımızdı.

Bəs əslində Elman Paşayev kimdir? Yurd həsrətli, Vətən, millət, xalq, dövlət sevgili bu insan - Elman Məhərrəm oğlu Paşayev 22 dekabr 1971-ci ildə sinəsi dağlı Göyçə mahalının Şişqaya kəndində doğulub. Sonralar ailəlikcə Şəki rayonunun Şəki kəndinə köçüblər. Elə orta məktəbi də həmin kənddə bitirib. 1989-1991-ci illərdə Odessa və Pridnestrovya vilayətində hərbi xidmət keçdikdən sonra Bakıda hüquq-mühafizə orqanlarında çalışıb. Amma, həmişə inkişaf etmək,insanlara daha faydalı olmaq hissi onu 1997-ci ildə təhsilini davam etdirmək üçün Moskva şəhərinə gətirmiş, burada əvvəl Moskva Hüquq İnistitutunu, Moskva(indiki Kutafin adına) Dövlət Hüquq Akademiyasını, sonra həmin akademiyanın aspiranturasını bitirmişdir. Təhsilin bəşəriyyətin və insan həyatındakı çox mühüm əhəmiyyətə malik olduğunu dərk edən Elman Paşayev aldığı iki hüquq təhsili ilə kifayətlənməyərək, Prezident yanında Moskva Dövlət İdarəçilk Akademiyasında da təhsil alıb. O cümlədən, peşəkarlığını artırmaq məqsədi ilə Fransanın Strasburq şəhərində Beynəlxalq İnsan Hüquqları İnstitutunda təkmilləşdirmə kursalarında olub.Qloballaşan dünyada gedən beynəlxalq hüquqi prosesləri daha dərindən öyrənmək üçün o,Nyu-Yorkda, Vaşiqtonda, Holivudda Müəllif Hüquqları Yüksək İxtisaslaşma kurslarının dinləyicisisi olmuş, eyni zamanda qazandığı elmi-praktiki təcürbəni beynəlxalq arenada da tətbiqi istiqamətində işlər aparmışıdır. 2003-cü ildən isə hüquqşünas kimi fəaliyyətə başlayan Elman Paşayev hər zaman qanunun aliliyi uğurunda prinsipal mövqe sərgiləyib. Peşəkar və ədalətli hüquqşünas kimi MDB məkanında, Avropada, Amerka Birləşmiş Ştatlarında və digər inkişaf etmiş ölkələrdə öz fəaliyyəti ilə diqqət çəkmiş və tanınmışıdır. Ən önəmlisi isə soydaşlarımıza müxtəlif istiqamətli hüquqi yardımlar göstərmişdir və bu gün də bu səpkili fəaliyyətini davam etdirir. Onu da qeyd etmək yerinə düşər ki, 15 ildən artıq beynəlxalq səviyyədə vəkillik fəaliyyəti ilə məşğul olan Elman Paşayev yaşadığı Moskva şəhərində Rusiya Federasiyasının bir neçə ali orden və mükafatlarına layiq görülüb.

Azərbaycan adını hər zaman uca tutmağa çalışan Elman Paşayev hazırda dünyanın bir çox ölkələrində – Yaponiyada, Avropa ölkələrində, Amerkada şəbəkə şəklində fəaliyyət göstərən “Elman Group” Beynəlxalq Hüquq Holdinqinin rəhbəridir. “Göyçə mənim qibləgahımdır” deyən və bütün varlığı ilə Vətəninə bağlı olan, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğurunda əlindən gələni etməyə çalışan, dövlətimizin və xalqımızın haqq səsini hüquqi müstəvidə uca kürsülərdən söyləyərək erməni diasporlarına meydan oxuyan Elman Paşayev uğurlu fəaliyyətini davam etdirməkdədir. O, bir azərbaycanlı, bir türk kimi Rusiya dövlətinin ictimai-siyasi həyatında aktiv iştirak edir. Bunun bariz nümunəsi kimi tanınmış hüquqşünas Rusiyada özünün “SSSR (Soyuz Spravedlivix Sil Rosii”- “Ədalətli qüvvələrin gücü”) partiyasını təsis edib. Sevindirici hal ondan ibarətdir ki, Sovetlər dönəmində SSR- də ən yüksək siyasi fiqur olan Ümummilli Lider H.Əliyevdən sonra Rusiya siyasi arenasında Elman Paşayevin partiya yaradaraq onun təsis konfransını keçirtməsi tarixi bir hadisədir və təqdirəlayiq hal sayılmalıdır. Xüsusi ilə onu da qeyd etmək yerinə düşər ki, Elman Paşayev istər ictimai fəaliyyəti zamanı, istərsə də bir vəkil kimi fəaliyyəti zamanı həmişə vətəndaşı olduğu Rusiya Federasiyası ilə tarixi Vətəni Azərbaycan Respublikası arasında, dostluq, qonşuluq münasibətlərində xüsusi rol oynayaraq, onun siyası rəhbərliyinin siyasətini daima dəstəkləyib .

Bəli, bu addım bir azərbaycanlının nəhəng Rusiya dövlətinin siyasi arenasına inteqrasiya etməsinin əyani sübutudur. Elman Paşayevin girdiyi bu siyasi meydanda möhkəmlənməsi Azərbaycanla müxtəlif səpkli tarixi bağlılığı olan və böyük bir arealda geostrateji dayaqlara və siyasi təsir gücünə malik bir ölkədə həmçinin ,yaşayan soydaşlarımızın bir siyasi təşkilat altında birləşməsi üçün münbit bir şərait olacaq. Dəyərli soydaşımız Elman Paşayevə ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq. Böyük addımlarla siyasətin zirvələrinə doğru…!

Sənan Həsənoğlu,Telejurnalist

“Kanal32” İnformasiya Agentliyinin Moskva bürosu
XƏBƏR LENTİ
SORĞU