21 sen 08:23region

13 il əvvəl Moskvada azərbaycanlını öldürmüş gürcü Polşada həbs edilib

13 il əvvəl Moskvada azərbaycanlını öldürmüş gürcü Polşada həbs edilib13 il əvvəl Moskva məktəblərinin birində azərbaycanlı sinif yoldaşını öldürən gürcü əsilli Rusiya vətəndaşı Polşada həbs olunub.

Besik Koçalidze 2006-cı ildə məktəbdə idman dərsi zamanı sinif yoldaşının anasını söyüb. Gürcü dilində təhqir etməsinə baxmayaraq, azərbaycanlı onun nə dediyini başa düşüb və tərəflər arasında mübahisə baş verib.

Həmin zaman məktəbin direktoru hər iki yeniyetməni sakitləşdirib barışdırmaq istəsə də, Koçalidze rəqibinə 14 bıçaq zərbəsi vurub, yaralı isə xəstəxanada ölüb.

Bundan sonra atası tərəfindən əvvəlcə Ukraynaya, ordan da Polşaya qaçırılan Koçalidze nəhayət həbs edilib. Hazırda qatilin Rusiyaya ekstradisiyası üçün sənədlər hazırlanır.

Onu Rusiyada 8 ilə qədər həbs cəzası gözləyir.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU