17 sen 14:57region

Paşinyanın əsgər oğlu İrəvanda kef edir - Video

Paşinyanın əsgər oğlu İrəvanda kef edir - VideoSosial şəbəkənin erməni seqmentində Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağda xidmət edən” oğlu Aşotun İrəvanda kef etdiyini əks etdirən video yayılıb.

Axar.az xəbər verir ki, videoda Aşot Paşinyanın mühafizəçilərin nəzarəti altında bacısı ilə gəzdiyi görünür.

Erməni sosial şəbəkə istifadəçiləri “Paşinyanın “Qarabağda xidmət edən” oğlu İrəvanda bu cür kef edir” deyə şərhlər yazıblar.

Paşinyanın mətbuat katibi Vladimir Karapetyan videonu şərh edib. O bildirib ki, Aşot hazırda məzuniyyətdədir.

Sosial şəbəkə istifadəçiləri isə Aşotun hərbi xidmət vaxtı artıq 6-cı dəfə “qanuni məzuniyyətdə” olduğunu qeyd ediblər.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.