16 sen 19:35region

İranın nüvə silahı əldə etməsi ən çox bizə təhdiddir - Politoloq

İranın nüvə silahı əldə etməsi ən çox bizə təhdiddir - PolitoloqKamran Sultanlı
politoloq

Bir anlıq təsəvvür edin ki, İran nüvə silahı əldə etdi. O zaman İranın regionda atacağı addımlarıın qarşısında heç kim qalmaz. Paniranistlərimiz çox arzulayır, gecələr dualar edirlər ki, İran nüvə silahı əldə etsin və Xamanei ağaları öz nur sifəti ilə İslam dünyasını xilas etsin. Amma mənim üçün milli maraqlar hər şeydən üstündür.

İranın nüvə silahı əldə etməsi ən çox bizə təhdiddir. Buna görə də İsrail və ABŞ-ın İrana qarşı embarqo siyasətinin sərt ritorikalarını dəstəkləyirəm. Təbii ki, İrana qarşı müharibənin də tərəfdarı deyiləm, lakin İranın nüvə silahı əldə etməsinin qarşısı alınmalıdır. İran nüvə silahı əldə edərsə İslam sivilizasiyasının lideri funksiyasını ələ keçirə bilər. Bizim üçün bu yaxşı olmaz. Bütün bunları nəzərə alıb Trampı dəstəkləyirəm.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU