16 sen 11:26region

Həsən Ruhani və Cavad Zərif ABŞ-a səfər edəcəklər

Həsən Ruhani və Cavad Zərif ABŞ-a səfər edəcəklərİran XİN-in sözçüsü bu gün Türkiyədə keçirilən İran, Rusiya və Türkiyə prezidentlərinin görüşünə də münasibət bildirib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Çin, Yaponiya, Malayziya, Banqladeş və İndoneziyaya səfər edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi bildirib.

A. Musəvi deyib ki, BMT-nin Baş Assambleyasının 74-cü sessiyasında iştirak üçün M. C. Zərifin ölkə prezidenti Həsən Ruhani ilə birgə Nyu-Yorka səfəri də planlaşdırılır.

İran XİN-in sözçüsü bu gün Türkiyədə keçirilən İran, Rusiya və Türkiyə prezidentlərinin görüşünə də münasibət bildirib. O qeyd edib ki, bu sammit Suriya xalqına sabitlik gətirəcək. (APA)
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU