11 sen 17:44region

Gümrüdə rus əsgəri öldürüldü

Gümrüdə rus əsgəri öldürüldüErmənistanın Gümrü şəhərində 102 saylı Rusiya bazasının hərbi qulluqçusuna aid üzərində zorakılıq əlamətləri aşkar edilən cəsəd tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi informasiya yayıb.

“Ölən 23 yaşlı kişi Gümrü şəhərində yerləşən 102 saylı Rusiya bazasının hərbi qulluqçusu olub. Cəsədin üzərində kəsiklər aşkar edilib”, - Ermənistan İstintaq Komitəsindən bildirilib.
XƏBƏR LENTİ
SORĞU