29 avq 14:08region

ABŞ-dan İrana yeni sanksiyalar

ABŞ-dan İrana yeni sanksiyalarVaşinqton iki İran şirkətlər qrupuna bu ölkənin raket proqramının inkişafında iştirak etdiklərinə görə sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb.

Vaşinqton birinci şirkətlər qrupunun Həmid Dehqaninin rəhbərliyi altında fəaliyyət göstərdiyini, Honkonqda yerləşən bu şirkətin İrana qarşı beynəlxalq sanksiyaları dəlməyə müvəffəq olduğunu və SEPAH-a yardım etdiyini bildirib.

İkinci qrupa isə Səid Hüseyn Şəriəti rəhbərlik edib. O, İran Müdafiə Nazirliyinin müəssisələrini alüminium ərintilərlə təmin edib.

Ümumilikdə sanksiyalar siyahısına 5 şirkət və 5 fiziki şəxsin adının daxil edildiyi bildirilib.
XƏBƏR LENTİ
SORĞU