28 avq 08:57region

ABŞ və İsrail Türkiyəyə qarşı - Rusiyalı alim

ABŞ və İsrail Türkiyəyə qarşı - Rusiyalı alim
Türkiyənin İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyi özünü Şərqlə Qərb arasında körpü kimi görməsi və müsəlman ölkələrində təsirinin gücünün artması ilə əlaqədardır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı şərqşünas alim Yuri Zinin İsrailin Türkiyə ilə bağlı verdiyi qərarı şərh edərkən deyib.

“Türkiyənin Fələstinin tərəfində olması çoxdan bəllidir. Bunun səbəbi Türkiyənin özünü Şərq və Qərb arasında körpü vasitəsi kimi görməsindədir. Fələstin problemi islam dünyasında köhnə münaqişə ocaqlarından olduğundan, Türkiyə başqa mövqe sərgiləyə bilməz.

İsrail ABŞ-ın dəstəyi olmadan Türkiyəyə qarşı qabaqlayıcı tədbirlər görə bilməz. Türkiyəyə müqavimət göstərən sadəcə İsrail deyil. Burada bir növ üçbucaq mexanizmi görünür: İsrail və ABŞ Türkiyəyə qarşı... " - deyə Zinin bildirib.

Qeyd edək ki, İsrail Xarici işlər naziri İsrail Katz Türkiyənin Şərqi Qüdsdə yürütdüyü “provokativ” fəaliyyətlərinin qarşısının alınması ilə bağlı təlimat verib.
XƏBƏR LENTİ
SORĞU