23 avq 11:15region

BMT-də gərginlik: Moskva və Pekin ABŞ-a qarşı

BMT-də gərginlik: Moskva və Pekin ABŞ-a qarşıMoskva və Pekinin çağırışı əsasında BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib.

Axar.az xəbər verir ki, iclas boyunca Rusiya, Çin və ABŞ diplomatları bir-birini nüvə silahı təhdidi yaratmaqda ittiham ediblər.

İclasda çıxış edən Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin səlahiyyətlərinin icraçısı Dmitri Polyanski amerikalıların yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxmasından sonra strateji hücum silahları barədə razılaşmanın da təhdid altında qaldığını deyib. Onun sözlərinə görə, dünya hazırda ABŞ-ın geosiyasi ambisiyaları ucbatından idarəolunmaz silahlanma yarışının bir addımlığına gəlib.

Çinin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Çjan Tszyun isə ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxmaqla birtərəfli qaydada hərbi üstünlük əldə etməyə çalışdığını bildirib. O, ABŞ-ın bununla beynəlxalq öhdəliklərinin icrasından imtina etdiyini söyləyib.

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin səlahiyyətlərinin icraçısı Conatan Koen isə Vaşinqtona yönələn ittihamlara cavab olaraq bildirib ki, ABŞ yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasında yer alan qadağan edilmiş raketləri Moskva və Pekin tərəfindən gələn təhdidlərə cavab olaraq artırmaq niyyətindədir. Diplomat Rusiya və Çinin fəaliyyətlərinin təhlükəsizliyin əsaslarını pozduğunu və ABŞ-ın bunu səssiz izləmək fikrində olmadığını vurğulayıb:

“Biz əllərimizi yanımıza salıb oturmayacağıq. Özümüzün və müttəfiqlərimizin təhlükəsizliyi üçün lazım olan hər şeyi edəcəyik”.
XƏBƏR LENTİ
SORĞU