23 avq 09:04region

İranda 13 alpinist itkin düşüb

İranda 13 alpinist itkin düşübİranda 13 alpinist Çahar-Mahal və Bəxtiyari əyalətinin Kiyar şəhərinin Tənge Zendan bölgəsində dağda itkin düşüb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Çahar-Mahal və Bəxtiyari əyaləti üzrə idarənin baş direktoru Seyid Əhməd Murtəzəvifərd deyib.

O bildirib ki, itkin düşən 13 nəfər alpinistin axtarışlarına başlanılıb: "Hazırda 3 axtarış komandası və bir helikopter bölgədə axtarış işləri aparır".

Qeyd edək ki, itkin düşən alpinistlər İranın İsfahan, Çahar-Mahal və Bəxtiyari əyalətlərindəndir. Onların kimliyi açıqlanmayıb.
XƏBƏR LENTİ
13-10-2019, 18:06
SORĞU