22 avq 18:15region

"Qanuni-oğru" Andik Massivskini rus killer öldürüb – Ermənistan polisi

"Qanuni-oğru" Andik Massivskini rus killer öldürüb – Ermənistan polisi
Ermənistan polisi Andik Massivski təxəllüsü ilə tanınan kriminal avtoritet Andranik Arutyunyanın qətlində Rusiya vətəndaşından şübhələnirlər.

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Arutyunyan 2 iyulda Yerevan ətrafında yerləşən Nor-Nork rayonunda güllələnmişdi. Ermənistan polis sədri Valeri Osipyanın sözlərinə görə, qətl sifariş olub.

“Məlum olub ki, qətli 32 yaşlı Ruisiya vətəndaşı icra edib. Ona yardım edən 50 yaşlı Yerevan sakini artıq saxlanılıb” – polisin bəyanatında deyilir.

Cinayətkar həbs olunduğu təqdirdə onu 15 il həbs cəzası gözləyir.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU