21 avq 18:57region

Rusiya Qərb sərhədlərində NATO-nun güclənməsindən qorxuya düşüb

Rusiya Qərb sərhədlərində NATO-nun güclənməsindən qorxuya düşüb
Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu bu gün nazilriyin kollegiya iclasını keçirib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, S.Şoyqu burada Qərb və Şərq hərbi dairələrinin 2019-2025-ci illərdəki hərbi hazırlıq planlarını müzakirə edib.

İclasın media üçün açıq olan hissəsində çıxış edən müdafiə naziri Qərb strateji istiqamətində vəziyyətin gərginləşdiyini vurğulayıb.

O, Şərqi Avropada, xüsusilə Polşa və Rumıniyada NATO-nun hərbi mövcudluğunu gücləndirməsinə diqqət çəkib. Onun sözlərinə görə, 2016-cı ildən bu yana Rumıniyada ABŞ hərbi bazası yerləşir və Birləşmiş Ştatlar burada “Mk-41” buraxılış qurğuları, habelə SM-3 yaxalayıcı raketlərin olduğu “Aegis Ashore” sistemini qurub.

Pentaqon həmin sistemin sırf müdafiə xarakteri daşıdığını bildirsə də, rəsmi Moskva “Mk-41”in köməyi ilə “Tomahavk” raketlərinin də atıla biləcəyini bəyan edir. Rusiya tərəfi bunu Orta və kçik mənzilli raketlərin ləğvi haqqında sazişin müddəalarına zidd sayır.

NATO şərq cinahını Polşa vasitəsilə də möhkəmləndirir. Bu ilin iyul ayının 17-də Polşa müdafiə naziri Marius Blaşak “Polskie Radio”ya müsahibəsində burada Şimali Atlantika alyasnı çərçivəsində diviziya komandanlığının yaradılacağını deyib.

Polşa və Rumıniyadan başqa NATO Finlandiya və İsveçlə də əməkdaşlığı genişləndirib. Bütün bunları çıxışında qeyd edən Sergey Şoyqu bununla bağlı hazırlıq gördükərini də açıqlayıb.

Onun bildirdiyinə əsasən, Qərb hərbi dairəsində döyüş heyətinin təkmilləşdirilməsi üçün 20-dən çox təşkilati tədbirlər həyata keçiriləcək. Bundan başqa, bu ilin sonuna qədər hərbi hissələr 1,3 min ədəd yeni və modernləşdirilmiş texnika alacaqlar. 9 min nəfər isə müqavilə əsasında hərbi xiddmətə işə götürüləcək.

Həmçinin Rusiya və Belarus qoşunları birlikdə “İttifaq qalxanı-2019“ adlanan operativ təlimlər gerçəkləşdiriləcək. Həmin təlimlərdə 12 min hərbi qulluqçu, o cümlədən 950 döyüş texnikası cəlb olunacaq. Təlimlərin 13-19 sentyabr arası Nijeqorodsk vilayətinin Mulino poliqonunda baş tutması gözlənilir.

“İttifaq qalxanı-2019”dan başqa Rusiya KTMT şərçivəsində keçiriləcək “Qarşılıqlı fəaliyyət”, “Eşelon”, və “Axtarış” adlı 3 təlimə hazırlaşır. Şərq hərbi dairəsində isə 62 təşkilati tədbir müəyyənləşdirilib.

S.Şoyqu burada aviasiya diviziyalarının və zenit-raket müdafiə sistemlərinin birgə hissələrinin formalaşdırlması işinin aparılacağını qeyd edib.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU