17 avq 16:44region

Sərkisyanın həbsinə hazırlıq gedir - Kürəkənindən şok

Sərkisyanın həbsinə hazırlıq gedir - Kürəkənindən şok
Ermənistanın eks-prezidenti Serj Sərkisyan həbs edilə bilər.

Axar.az xəbər verir ki, bunu “News.am” agentliyinə müsahibəsində Ermənistanın Vatikandakı eks-səfir, Sərkisyanın kürəkəni Mikayıl Minasyan deyib.

“2018-ci ilin mayında Ermənistanda inqilab yox, hakimiyyət dəyişikliyi baş verib. Hazırda ən təhlükəli şey - ictimaiyyətdə mənfi nəticələri olacaq dərin təəssüf formalaşa bilər ki, bundan da yalnız real inqilabı gerçəkləşdirməklə qaçmaq olar. Paşinyanın hakimiyyətinin peşəkar kadrların defisiti fonunda hakimiyyəti əlində saxlamaq üçün yeni repressiyalara getməkdən başqa heç bir yolu qalmır. Bu hakimiyyətin fəaliyyətinin bütün məntiqi ittiham və həbsdir. Bu gün dövlət resurslarının böyük hissəsi ittiham və həbslərə xərclənir. Problem odur ki, bu artıq işləmir. Hakimiyyətin əlində çoxdan saxlanılmış, öncədən planlaşdırılmış “qızıl ehtiyat” var. Bu, Serj Sərkisyanın həbsidir. Sadə hesablama göstərir ki, yaxın zamanlarda Serj Sərkisyanı ictiamiyyətin diqqətini real problemlərdən müəyyən müddət yayındırmaq üçün həbs edəcəklər”, - deyə o bildirib.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU