17 avq 10:46region

Oteldə baş verən yanğında 8 nəfər ölüb

Oteldə baş verən yanğında 8 nəfər ölübUkraynanın Odessa şəhərində “Tokyo Star” otelində baş verən yanğında səkkiz nəfər ölüb.

Report RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

“Yanğında səkkiz nəfər dünyasını dəyişib, 10 nəfər yaralanıb. Onlardan yeddisi Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri tərəfindən xilas edilib”, deyə məlumatda bildirilir.

Yanğın avqustun 16-dan 17-nə keçən gecə baş verib. İkinci mərtəbədən başlayan yanğın 1000 kvadrat metr sahəni əhatə edib.

Yanğının söndürülməsi üçün 65 xilasedici və 13 texnika cəlb olunub. Yanğının səbəblərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU