16 avq 16:58region

Atambayevin əmlakına həbs qoyuldu

Atambayevin əmlakına həbs qoyuldu
Qırğızıstanın Baş Prokurorluğu bir sıra ağır və xüsusilə ağır cinayətlərin törədilməsində şübhəli bilinən sabiq prezident Almazbek Atambayevin və həyat yoldaşı Raisa Atambayevanın bank hesabları və əmlakının siyahısını təqdim edib.

Bu barədə AzNews.az Qırğızıstan mətbuatına istinadən xəbər verir.

Siyahıya Atambayevin 25 bankdakı hesabları, o cümlədən eks-prezident, onun həyat yoldaşının bank seyflərindəki əmanətləri, "Qırğızavtomaş" ASC, "Aprel-TV" , "Aprel" OFŞ, "Kanal D" Teleradio Şirkəti, "Davamlı İnsan İnkişafı üzrə Respublika ictimai Ekspert Şurası" SC, "Sağlamlıq və uzunömürlülük" tibb-təhsil Elmi Mərkəzi, "Qırğızavtomaş korporasiyası" Teleradio Təşkilatları Assosiasiyası və müəssisələr Assosiasiyası daxil edilib.

Həmçinin Atambayev və onun həyat yoldaşına məxsus avtomobillərə də həbs qoyulub: Toyota Land Cruiser, Mitsubishi Pajero SUV, MAN yük maşını və BMV X5, Toyota Land Cruiser, Mercedes-Benz 600, QAZ 3110.

Eks-prezidentin mülkiyyətində olan dörd torpaq və otlaq sahəsi, sağlamlıq mərkəzi, bina, Qırğızıstanın paytaxtında mənzil və evə də həbs qoyulub.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU