14 avq 08:27region

Tiflis zərbə altında: Vaşinqton-Moskva intriqası...

Tiflis zərbə altında: Vaşinqton-Moskva intriqası...
Qara dənizdə Vaşinqton və Moskva arasında artan gərginlik Gürcüstanı zərbə altında qoyur.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın “Rezonans” qəzetində “Gürcüstan zərbə altında – Vaşinqton Qara dənizdə Moskvaya hansı silahlarla cavab verir?” başlıqlı məqalədə yazılıb.

Mövzu ilə bağlı qəzetə danışan hərbi ekspert Vaxtanq Maisaya Qara dənizdəki hazırki duruma diqqət çəkib:

“Qara dəniz strateji silahlanmanın episentrinə çevrilib. Amerikalılar Rumıniyadakı hərbi bazada raket sistemini “Ey-Ci” sistemi ilə əvəzlədilər. Həmçinin İNF müqaviləsindən çıxmaqla da Moskvaya cavab verdilər”.

Ekspert eyni zamanda əlavə edib ki, ABŞ, Rusiya və İran faktoru, raket komplekslərinin dəyişdirilməsi və havadan müdafiə sistemlərinin modernləşdirilməsi amillərindən dolayı Qara dənizdə vəziyyət yeni frazaya keçid edir.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU