12 avq 12:54region

İran bütün gəmiləri saxlaya bilər - SEPAH

İran bütün gəmiləri saxlaya bilər - SEPAH
İran hətta ABŞ və Böyük Britaniya donanması tərəfindən müşayiət olunan bütün gəmiləri saxlaya bilər.

Axar.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi donanmasının rəhbəri Əlirza Tanqsiri Livanın “Əl Mayadin” telekanalına müsahibəsində deyib.

Tanqsirinin sözlərinə görə, beynəlxalq hüquq normalarını pozan ingilis tankerinin buraxılmasını və Cəbəllütariqdə saxlanılan İran tankerinin buraxılmaması ədalətsizlikdir.

İranlı komandan SEPAH-ın hərbi donanmasının Hörmüz boğazı və Fars körfəzində təhlükəsizliyə görə məsuliyyət daşıdığını bildirib.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU