11 avq 13:51region

ABŞ əbəs yerə bizdən zəng gözləyir - İran

 ABŞ əbəs yerə bizdən zəng gözləyir - İran
Vaşinqton İran hökumətindən əbəs yerə zəng gözləyir.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi deyib.

“Onlar çoxdan bunu İrandan gözləyirlər, amma gözləntiləri əbəsdir. Beynəlxalq hüquq və normalara hörmət edilməyəcəyi təqdirdə Tehran danışıqlara başlamayacaq”, - Musəvi bildirib.

Qeyd edək ki, Dövlət Departamentinin rəsmisi Morqan Ortaqus İran liderlərinin ABŞ-la danışıqlara başlamaq istədiyini, Prezident Donald Trampın isə onlardan zəng gözlədiyini bildirmişdi.
XƏBƏR LENTİ
13-10-2019, 18:06
SORĞU