09 avq 09:44region

“Onun iqtidara gəlişi Azərbaycana uyğundur” – Gürcüstanda şok gəlişmə

“Onun iqtidara gəlişi Azərbaycana uyğundur” – Gürcüstanda şok gəlişmə“Gürcüstanın ən varlı adamlarından biri, bazar dəyəri 1 milyard dollara yaxın olan “TBC Bank”ın qurucusu və sahibi, Mamuka Xazaradze siyasətə girəcəyini, İvanişvilinin Gürcü Arzusu Partiyasına rəqib hərəkat yaradaraq gələcək parlament seçkilərində iştirak edəcəyini bildirib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.

Ekspertin fikrincə, Mamuka Xazaradzenin siyasətə qoşulması iki aspektdən maraqlıdır:

“Birincisi, Gürcüstandakı demokratiya effektiv olaraq oliqarxiyaya çevrilir. Yəni, dövlət vəzifələrindən qıraqda qazanılmış böyük pullar hesabına siyasətə girmək, hakimiyyətə gəlmək təcrübəsi dərinləşir və güclənir.

İvanişvillinin Xazaradzeylə öz davası var, onda siyasətə gəlmək həvəsini oyadan da budur. Bu, Gürcüstanın iç problemidir.

İkincisi və bizim üçün daha maraqlısı, Xazaradze siyasətdə uğur qazana bilərsə, Azərbaycanda şəxsi və qanuni biznes maraqları olan ilk gürcü siyasətçisi olacaq. “TBC Bank”ın ölkəmizin maliyyə bazarında öz yeri var.
Orası da maraqlıdır ki, bu bank İsraildə də bazara girə bilib. Azərbaycanla İsrailin maraq ortaqlığı baxımından Gürcüstanda belə bir siyasətçinin hakimiyyətə gəlməsi ölkəmizin yararına ola bilər”.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU