08 avq 15:43region

Rusiyada daha bir hərbi hissədə partlayış: 2 ölü, 15 yaralı

Rusiyada daha bir hərbi hissədə partlayış: 2 ölü, 15 yaralı
Rusiyanın Arxangelsk vilayətindəki hərbi hissədə partlayış baş verib.

Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb. Məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb. Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Qeyd edək ki, bu, son iki həftə ərzində Rusiyada hərbi hissədə baş verən ikinci partlayışdır.
XƏBƏR LENTİ
SORĞU