03 avq 09:21region

Türkiyədə sərnişin avtobusu yandı: 5 ölü, 15 yaralı

Türkiyədə sərnişin avtobusu yandı: 5 ölü, 15 yaralıTürkiyənin Balıkəsir şəhərində Çanaqqaladan Ankaraya hərəkət edən sərnişin avtobusu anidən alışıb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla, 5 nəfər həlak olub, 15 sərnişin yaralanıb.

İlkin məlumatda yanğının avtobusun orta hissəsində yerləşdirilən qəhvəbişirmə maşınından meydana gəldiyi bildirilir. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər. Avtobusun sürücüsü saxlanılıb.

Faktla bağlı araşdırma başladılıb.
XƏBƏR LENTİ
SORĞU