01 avq 13:13region

ABŞ özünü uşaq kimi aparır – Ruhani

ABŞ özünü uşaq kimi aparır – Ruhaniİran Prezidenti Həsən Ruhani iki ölkə arasında gərginləşən münasibətlər fonunda Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edən ABŞ-ı uşaq kimi davranmaqda ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” yazıb.

“Onlar uşaq davranışlarına əl atırlar. Hər gün ilkin şərtlər olmadan danışıqlara hazır olduqlarını açıqlasalar da, Zərifə sanksiya tətbiq edirlər”, - Ruhani bildirib.

Qeyd edək ki, ABŞ hökuməti İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib. Zərif xüsusi kateqoriyalı şəxslər siyahısına daxil edilib.
XƏBƏR LENTİ
SORĞU