31 iyl 13:01region

Erməni ordusu itki verdi, erməni general sərhədə gəldi

Erməni ordusu itki verdi, erməni general sərhədə gəldi
Ermənistanın Baş Qərargah rəisi general-leytenant Artak Davtyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətindəki hərbi hissəni ziyarət edib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Davtyan burada həmçinin döyüş mövqelərinə də baxış keçirib.

Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır. İyulun 27 və 28-də Ermənistan tərəfinin snayperlərlə Azərbaycan Ordusuna aid tibb maşınını atəşə tutub. Cavab atəşi ilə düşmən susdurulub.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun cavab atəşi nəticəsində 1 əsgərin öldüyünü, 2-nin yaralandığını açıqlayıb.
XƏBƏR LENTİ
Dünən, 15:14
SORĞU