31 iyl 10:54region

İvanişvilinin Kremlə gizli vədi – Sensasion iddia

İvanişvilinin Kremlə gizli vədi – Sensasion iddiaGürcü oliqarx Bidzina İvanişvili Rusiyaya Anakliya limanının 51%-ni vermək istəyir.

Axar.az xəbər verir ki, bunu “2020 NEWS” portalına müsahibəsində Qalib Gürcüstan Partiyasının sədri Konstantin Kemulariya deyib.

“Mən Rusiyada səlahiyyətli səfir, Təhlükəsizlik Şurasının katibi, 2 dəfə nazir olmuşam. Mənim keçmiş əməkdaşlarım yüksək vəzifələrdə çalışırlar. Buna görə də mən çox informasiyaya sahibəm. Heç vaxt etibarsız informasiya səsləndirmirəm. Əminliklə deyə bilərəm ki, “rəisləri” Bidzina İvanişviliyə yalnız 51%-i Rusiya-Çin təsiri altında olacağı halda Anakliya limanının tikintisinə izn verəcəklərini deyiblər. Mənə bəlli olan odur ki, İvanişvili bu barədə Mamuka Xazaradze ilə danışıb. Hazırda İvanişvili siyasi baxımdan “yaralı” fiqurdur. Belə ki, o, Rusiya və Qərblə münasibətlərini yoluna qoya bilməyib”, – deyə o bildirib.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU