28 iyl 08:53region

Moskvada etiraz aksiyası: ən azı 500 nəfər saxlanıldı

Moskvada etiraz aksiyası: ən azı 500 nəfər saxlanıldı
Bu gün Moskvada keçirilən etiraz aksiyasında 3500 nəfər iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb. Məlumata görə, 3500 nəfərdən 700-ü aksiyanın işıqlandırılması məqsədi ilə iştirakları barədə əvvəlcədən məlumat verən jurnalistlər olub.

Qeyd edək ki, bu gün Moskvada şəhər dumasına bəzi şəxslərin namizədliyinin ləğvi əleyhinə mitinq keçirilib.

***

Moskvada ötən gün keçirilən etiraz aksiyası axşam saatlarına qədər davam edib.

Aksiya zamanı ən azı 500 nəfər polis tərəfindən saxlanılıb
XƏBƏR LENTİ
SORĞU