27 iyl 10:13region

İran gəmisinin Xəzərdə batma anı - Video

İran gəmisinin Xəzərdə batma anı - Videoİyulun 26-da Xəzər dənizində İrana məxsus gəmi batıb.

Avrasiya.net Report-a istinadla “Şəbahəng” quru-yük gəmisinin batmasının və 9 nəfərlik ekipaj üzvlərinin xilas edilmə anının görüntülərini təqdim edir.

Qeyd edək ki, iyulun 26-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Bundan başqa, əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri cəlb olunub.

Sərhəd gözətçi gəmisi və helikopterlər hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.

Gəminin xilas edilmiş heyət üzvləri Bakıya gətirilib. Heyət üzvlərindən 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır.

Gəminin batmasına səbəb kimi ağır yükün olması və fırtınalı hava şəraiti göstərilir.
loading...
XƏBƏR LENTİ
SORĞU