26 iyl 11:14region

Türkiyə ABŞ-ı pat vəziyyətinə SALDI - Tramp başını "itirdi"

Türkiyə ABŞ-ı pat vəziyyətinə SALDI - Tramp başını "itirdi"ABŞ Türkiyəyə nə zaman sanksiya tətbiq edəcəyini bilmir.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus deyib.

Həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Ortaqus bildirib ki, CAATSA proqramının tətbiq edilməsində zaman məhdudiyyəti yoxdur: “ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeo ilə müşavirələr keçirir. Bu mövzunu prezident və dövlət katibinin ixtiyarına buraxmaq istəyirəm. Türkiyə NATO üzvü kimi İŞİD ilə mübarizədə böyük rol oynayıb. Bu zamana qədər atdığımız addımlar olduqca böyük əhəmiyyət daşıyır. NATO üzvünə sanksiya tətbiq etmək çox ciddi durumdur”.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU