24 iyl 10:35region

Toyda faciə - bəy öldürüldü

Toyda faciə - bəy öldürüldüTürkiyədə toyda faciə baş verib. Paytaxt Ankarada bəy öz toyu günü öldürülüb. 16 yaşlı Hüseyin Furkan Kocanın toyunda qonaqlar arasında mübahisə düşüb. Buna səbəb isə onlardan bəzilərinin digərlərinə baxışlarının xoş gəlməməsi olub.

"Yan baxma" dava nəticəsində qonaqlardan biri silahına əl atıb. O aranı sakitləşdirmək üçün havaya atəş açıb. Lakin güllə bəyə dəyib.

Ağır yaralı bəy dərhal xəstəxanaya aparılıb. Lakin həkimlərin bütün müdaxiləsi nəticəsiz qalıb.

Ölüm xəbərindən sonra ailənin toy məclisi yasa çevrilib. Hadisə ilə bağlı polis 3 nəfəri saxlayıb.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU