22 iyl 15:45region

Türkiyə İncirliyi bağlaya bilərmi və ya bağlayarmı?

Türkiyə İncirliyi bağlaya bilərmi və ya bağlayarmı?Kənan Paşayev
politoloq

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “əgər ABŞ bizə qarşı sanksiya tətbiq edərsə, biz də İncirlik hərbi bazası haqqında düşünərik”- deyə açıqlama verdi.
Bildiyimiz kimi Türkiyə Rusiyadan S-400 raket komplekslərini aldığı üçün ABŞ ilə arasındakı gərginlik davam etməkdədir. Bəzi xarici mənbələrin məlumatına görə bu həftə ərzində ABŞ Türkiyəyə qarşı hazırladığı 3 sanksiya paketindən ən məqsədə uyğun olanını tətbiq edəcək.

Lakin yaxın günlərdə ABŞ prezidenti Donald Tramp S-400 alışı ilə bağlı Türkiyəyə sanksiya tətbiq etməyəcəklərini açıqlamışdı. Amma Trampın bu fikrinin nə qədər real olduğu sual doğurur. Bu gün isə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında “əgər ABŞ bizə qarşı sanksiya tətbiq edərsə, biz də İncirlik hərbi bazası haqqında düşünərik”- dedi. Həm Türkiyə, həm də dünya mediasında hazırda ən əsas müzakirə mövzularından biri də Türkiyənin İncirlik hərbi bazasını bağlaya biləcəyi ilə bağlıdır. Həqiqətən Türkiyə İncirliyi bağlaya bilərmi, və ya bağlayarmı?

İncirlik hərbi bazası 1943-cü ildə İkinci Qahirə konfransında alınan qərarla 1954-cü ildən xidmətə başlayıb. Türkiyə 1974-1975-ci illərdə bir müddətliyinə hərbi bazanı bağlamışdı. Səbəb Türkiyənin Kiprdə hərbi əməliyyatlara başlamasının ardından ABŞ-ın Türkiyəyə sanksiya tətbiqi idi. Sanksiyanın qaldırılmasının ardından hərbi baza yenidən fəaliyyətə başlamışdı. Yəni, Türkiyə yenidən eyni vəziyyət yaranarsa bu addımı ata bilər. İncirlik hərbi bazası həm ABŞ, həm də NATO üçün çox önəmlidir. İlk öncə ona görə ki, həddindən az xərc tələb edir. İkinci olaraq stratejik cəhətdən çox önəmli ərazidə yerləşir. İsrail mətbuatının yaydığı məlumata görə gələcəkdə ABŞ öz qüvvələrini İncirlikdən çıxarıb, Suriya və İraqda yaratdığı 5 yeni hərbi bazada yerləşdirəcək.

Bu xəbərə ABŞ tərəfindən doğru və yalan olduğu ilə bağlı reaksiya gəlməsə də deyə bilərəm ki, xəbər təxribat xarakterli yalan məlumatdır. İlk öncə Suriya və İraqdakı hərbi bazaların təhlükəsizliyi sual altında qalır. İkinci olaraq Suriya və İraqda hərbi bazaların yaradılması İncirlik üçün ABŞ-ın xərclədiyi vəsaitdən dəfələrlə çoxdur. Adı bəlli olan 3 ərazi Mosul, Kərkük və Ərbildir. Üçüncü və ən əsas səbəb isə bu ərazilərdə yaradılacaq olan hərbi bazalar heç vaxt İncirlik hərbi bazasının gördüyü işi görə bilməz.
XƏBƏR LENTİ
SORĞU