22 iyl 12:18region

18 yaşlı erməni hərbi qulluqçu intihar edib

18 yaşlı erməni hərbi qulluqçu intihar edibDöyüş mövqelərində ölən erməni əsgər haqqında yeni məlumatlar açıqlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 18:15 radələrində Ermənistan ordusunun hərbi hissələrindən birinin döyüş mövqeyinin müşahidə məntəqəsində alın nahiyyəsindən odlu silah yarası alaraq ölən hərbi qulluqçu, 2000-ci il təvəllüdlü sıravi əsgər Hamik Vardanyan intihar edib.

Ermənistan İstinaq Komitəsindən verilən məlumata görə, hərbi istintaq baş idarəsinin 8-ci qarnizon istintaq şöbəsi tərəfindən CM-nin müvafiq maddəsi ilə cinayət işi qaldırılaraq ilkin araşdırma aparılır.

Qeyd olunur ki, Hamik Vardanyan bir neçə aydır ki, hərbi xidmətə çağırılıb. O, İrəvan şəhərinin Erebuni inzibati rayonunun sakini olub.
loading...
XƏBƏR LENTİ
SORĞU