20 iyl 09:28region

İran: Britaniya yalan deyir, 2 tanker yox, 1-i saxlanılıb

İran: Britaniya yalan deyir, 2 tanker yox, 1-i saxlanılıb
İran Böyük Britaniyaya məxsus neft tankerini Fars körfəzində saxladığını təsdiqləyib.

Axar.az xəbər verir ki, "Steno İmpero" adlı neft tankerinin saxlanılması barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Tankerin saxlanılmasına səbəb kimi dənizçilik qaydalarına riayət edilməməsi göstərilib. Tankerin İran sahillərinə gətirildiyi bildirilib.

"Röyters"in yaydığı digər məlumata əsasən, İngiltərə Müdafiə Nazirliyi tankerin saxlanılması barədə məlumat toplamağa çalışır.

Qeyd edək ki, ötən gündən İranın Böyük Britaniya bayrağı altında üzən neft tankerini saxladığı barədə məlumat yayılmışdı.

***

İran Fars körfəzində iki tankeri saxlayıb, onlardan biri Böyük Britaniya, digəri isə Liberiya bayrağı altında üzürdü.

Bu açıqlama ilə Böyük Britaniyanın Xarici İşlər naziri Ceremi Hant çıxış edib.

Hant tankerlərin saxlanılmasına görə narahat olduğunu, bunun üçün fövqəladə komitənin iclasının keçiriləcəyini qeyd edib.

***

Fars körfəzində 2 yox, 1 tanker saxlanılıb.

Bu barədə İranın dövlət televiziyasında məlumat verilib.

Qeyd edilir ki, Britaniya tərəfinin 2 tankerin saxlanılması barədə açıqlaması doğru deyil. Tehran rəhbərliyi Liberiya bayrağı altında üzən "Məsdar" adlı tankerə müdaxilə edilmədiyini bəyan edib.
loading...
XƏBƏR LENTİ
SORĞU