19 iyl 17:07region

Rusiyada Azərbaycanın yeni diaspor təşkilatı yaradılacaq

Rusiyada Azərbaycanın yeni diaspor təşkilatı yaradılacaq
Rusiyada ləğv edilən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) əvəzinə yeni diaspor təşkilatı yaradılacaq.

Bu barədə Modern.az-a Rusiyanın Xantı-Mansiysk Respublikasında Azərbaycan icmasının sədri Azad Seyidov məlumat verib. O bildirib ki, yeni təşkilata keçmiş ÜAK prezidenti Fazil Qurbanov rəhbərlik edəcək:

“Artıq yeni təşkilatın yaradılması istiqamətində işlər aparılır. Çox güman ki, payız ayılarında fəaliyyətimiz bəhrəsini göstərəcək.

Rusiyada əlavə bir neçə diaspor təşkilatımız yaradılıb. Onların arasında koordinasiya məsələsi isə həll olunmamış qalır. Yaxın vaxtda bu problemin həllini tapacağına ümid edirik. Diaspor təşkilatlarının çox olmasının heç bir ziyanı yoxdur. Amma onlar arasında koordinasiya olmasa, təşkilatların sayının çoxluğunun heç bir faydası olmayacaq. Ona görə, ÜAK səviyyəsində, hətta ondan daha yaxşı təşkilatın yaradılmasına tələbat var idi”.

Təşkilatın tamamilə ÜAK-ın təkrarı olmayacağını qeyd edən A. Seyidovun sözlərinə görə, daha geniş formatlı diaspor qurumu yaradılması qarşıya məqsəd qo

“Bu məsələlər daha dəqiq təşkilatın bütün məqamlarını, sənədlərini, proqramını hazırlayanda məlum olacaq. Geniş formatlı təşkilat yaradılacaq. Yeni diaspor qurumu Rusiyadakı bütün diaspor təşkilatlarımızı öz ətrafında birləşdirməyə qadir olmalıdır. Ona görə, bu təşkilat keçmiş ÜAK-ın boşluqlarını, səhvlərini təkrarlamayacaq”.

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı Rusiya Ali Məhkəməsi tərəfindən ləğv edilib. 2017-ci il mayın 15-də Rusiyada keçirilən məhkəmə prosesində bu dövlətin Ədliyyə Nazirliyinin ÜAK-a qarşı iddiası təmin edilmişdi.


Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb. Bu, Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor qurumlarını birləşdirən yeganə təşkilat olaraq tanınırdı.
loading...
XƏBƏR LENTİ
SORĞU