19 iyl 09:08region

“F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək” - Hulusi Akar

“F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək” - Hulusi Akar"Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun gücünə, xüsusilə də cənub qanadına mənfi təsir göstərəcək”.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar S-400 zenit raket kompleksinin (ZRK) idxalından sonra ABŞ-ın hərbi təyyarələri olan F-35 proqramından Türkiyənin kənarlaşdırılacağına münasibət bildirərkən bu fikirləri bildirib.

Hulusi Akar bildirib ki, Türkiyənin qeyri-bərabər və ədalətsiz olan bir qərarla layihə və işgüzar əlaqələrdən kənarlaşdırılmasının qanunsuz səbəblərə söykənməsi açıq-aşkar görünür: "Odur ki, əlaqələrimizə zərər verə biləcək addımlardan daşınmağı ABŞ-dan gözləmək strateji ortaq olaraq təbii haqqımızdır”.
loading...
XƏBƏR LENTİ
SORĞU