19 iyl 08:46region

Azərbaycanla sərhəddə buna yol verilməyəcək - Tiflis

Azərbaycanla sərhəddə buna yol verilməyəcək - TiflisÜmid edirik ki, Azərbaycanlı həmkarlarımızla birgə dövlət sərhədinin delimitasiya prosesi ölkələr arasındakı strateji tərəfdaşlıq ruhuna uyğun olaraq başa çatdırılacaq.

Report xəbər verir ki, bu barədə Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia yerli İctimai televiziyaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Gürcüstanın hökumət komissiyası iyulun 14-də Keşikçi-Dağı Məbəd Kompleksində baş verən insidentdən narahatdır:

“Gürcüstan tərəfi bu cür təxribatları qınayır. Bu cür halların təkrarlanmasına yol verilməyəcək”.

L.Darsalia insidentlə bağlı ətraflı araşdırmanın aparıldığını deyib.

O, Gürcüstanın delimitasiya prosesinin başa çatmasında maraqlı olduğunu qeyd edib.

İyulun 14-də Azərbaycan Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.
loading...
XƏBƏR LENTİ
SORĞU