18 iyl 12:09region

Saakaşvilidən gürcülərə: Təhlükəli psixopatla üz-üzəyik

Saakaşvilidən gürcülərə: Təhlükəli psixopatla üz-üzəyikHər kəs artıq təxmin edir ki, İvanişvilinin dönəmi bitib və o, arxivə veriləcək.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. Moldova, Ukrayna və Ermənistanda son baş verənləri nümunə gətirən Saakaşvili Gürcüstanın feodal idarəçiliyin son adası olaraq qaldığını və gürcü xalqının buna layiq olmadığını bildirib:

“İvanişvili sona qədər Qaxariyanı qorudu və praktik olaraq etiraf etdi ki, məhz o, mitinqin dağıdılması əmrini verib. O, bizim ona qoyduğumuz güclü dövləti dağıdır və onu görün nəyə çevirib. O, Vahid Milli Hərəkatı əsas maneə adlandırır və bu çox diqqətəlayiqdir. Ona görə ki, Vahid Milli Hərəkat mövcud böyük səhvlərə rəğmən sorğularda ciddi şəkildə liderlik edir. Bu fonda bizə heç zaman olmadığı qədər birlik lazımdır. Biz daha çox qan tökməyə və daha çox qurban verməyə hazır olan qorxmuş, təhlükəli psixopatla üz-üzəyik. Biz buna imkan verməməli, onlardan qorxmamalıyıq. O, sentyabrdan hər şeyi nizama salmağa başlayacağını deyəndə, onun 2016-cı ildə də, keçən il də eyni vədləri verdiyini xatırlayın”.

Saakaşvili Gürcüstanın artıq zaman itirmək imkanının olmadığını deyib:

“Bizdə hər şey alınacaq. İndi əsas olan birlik, konsolidasiya, geri addım atmamaqdır. Çıxış yolu növbədənkənar seçkilər, yeni milli razılıq hökumətinin formalaşdırılması, köhnə İvanişvili və ya hakimiyyətə daxil olub öz planlarını səsləndirən yeni Xazaradze kimi bütün oliqarxları kim olmasından asılı olmayaraq hakimiyyətdən uzaqlaşdırmaqdır. Bizə oliqarxlar lazım deyil. Gürcüstan gürcü xalqına qaytarılmalıdır”.
loading...
XƏBƏR LENTİ
SORĞU