18 iyl 12:03region

"Zurabişvili siyasəti ölkəni qonşularla düşmən edib"

"Zurabişvili siyasəti ölkəni qonşularla düşmən edib"Xəbər verdiyimiz kimi iyulun 15-də "Keşikçidağ" məbədi ətrafında bir qrup Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhəd qoşunlarına hücum çəkərək onların silah və güllə daraqlarını əllərindən alıb. İnsidentin gürcü tərəfdən çəkilmiş videosu sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, gürcü sərhədçiləri hadisə yerində olsalar da, onlar faktiki seyrçi mövqeyi tutublar və hadisələrə müdaxilə etməyiblər.

Bu hadisənin baş verməsi artıq aylardır müzakirələrə səbəb olan “Keşikçidağ” məbədi problemini yenidən aktuallaşdırıb. Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasındakı sərhəd ərazilərin 64%-i delimitasiya edilib. Qalan 36% mübahisəli ərazi hesab edilir və bu monastdra o ərazidə yerləşir. Aprel ayının 23-də Gürcüstan prezidenti Salome Zurabişvilinin ərazinin təcili delimitasiyasıyla bağlı çağırışından sonra Azərbaycan sərhədiçiləri ərazidə nəzarəti gücləndirmişdi. Nəticədə Gürcüstan vətəndaşlarının əraziyə daxil olmasında problemlər meydana gəlmişdi.

Azərbaycan və Gürcüstan tərəfi sözügedən ərazinin delimitasiya edilməsi üçün işçi qrupları və komissiyalar yaradıb. Lakin gürcü aktivistlərin son olayda Azərbaycan əsgərini tərkisilah etməsi xüsusən Azərbaycan ictimaiyyətində ciddi narahatçılıq doğurub.

Hadisənin baş verməsi müxtəlif aspektlərdən izah edilməkdədir. Baxmayaraq ki, həm rəsmi Bakı, həm də Tiflis bununla bağlı öz mövqelərini bildiriblər. Gürcüstan tərəfi məlum hadisəni pisləyərək, onu təxribat adlandırıb və iki xalq arasında dostluq münasibətlərinin pozulmasında kənar qüvvələrin rolunun olduğunu qeyd edib.

Təbii ki, bu hadisənin baş verməsində, Gürcüstan-Azərbaycan münasibətlərinin pisləşməsində maraqlı olan üçüncü qüvvə var. Emosiyalara qapılmamalıyıq, hadisənin baş verməsinə təmkinlə yanaşılmalıdır. Bu zaman xalqlar arasında münaqişənin yaranmasında maraqlı olan üçüncü qüvvə məkrli planın baş tutmadığını görüb geri çəkilmək məcburiyyətində qalacaq.

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Avrasiya.net-ə bildirib ki, bu hadisələr Azərbaycan və Gürcüstan arasındakı münasibətləri gərginləşdirməyi hədəfləyən qüvvələr tərəfindən yaradılan təöxribatdır: "Zurabişvili hakimiyyətə gəldikdən sonra iki ölkə arasında münasibətlər pisləşmək üzrə gedir. Ümumiyyətlə, qeyri-legitim saydığımız və Rusiyanın planı üzərində Gürcüstanda prezident təyin edilən bu xanımın regionda yürütdüyü siyasət Gürcüstanı region ölkələrlə yanaşı, dünyanın digər hegemon dövlətləri ilə münasibətlərini pisləşdirir. Artıq Gürcüstan xalqı da bu siyasətin qurbabnıa çevrilib. Son aylarda aramsız aksiyalar bunu deməyə əsas verir. Zurabişvili Gürcüstanı Türkiyə ilə də düşmən edir. Bu xanım regionda ancaq ermənilərin və rusların maraqlarını müdafiə edir. Keşikçidağ məsələsi də məhz onun hakimiyyətə gətirilməsindən sonra aktuallaşıb. Kənar qüvvənin planını icra edən Zurabişvili Gürcüstanı uçuruma sürükləyir".

A.Süleymanov qeyd edib ki, bu məsələ ortaya atılandan eyni mövqe nümayiş etdirmişəm və eyni fikir söyləmişəm. “Keşikçidağ” məbədi məsələsində üçüncü qüvvə aranı qızışdırır. İki dövlət arasında problem yaratmaq istəyən, bu iki dövlətin müttəfiqliyindən narahat olan qüvvələr var. Bu qüvvələr müxtəlif provakatorlar, özünü təsdiq etməyə çalışan siyasi qruplardan məharətlə istifadə edib bu məsələni qızışdırırlar, lakin tərəflər soyuqqanlılığını itirməməli, bu məsələdə diqqətli olmalıdır. Əlbəttə ki, Azərbaycan əsgərinə edilən hörmətsizlik həm də Azərbaycan dövlətinə və xalqına edilmişdir. Bu bizi, iki dövlətin müttəfiqliyini qorumağa çalışan insanları çox narahat edir. Lakin mən bir millət vəkili kimi öz soydaşlarıma çatdırmaq istərdim ki, bütün Gürcüstan vətəndaşları “Keşikçidağ” ərazisində təxribat törədən provakatorlarla eyni fikirdə deyillər və onların mövqeyini əsla dəstəkləmirlər”.

Gürcüstanlı deputat belə hesab edir ki, sərhəddə yaşanmış olayda Azərbaycan əsgərinin nümayiş etdirdiyi davranış təqdirəlayiqdir:”Hadisənin videosunu izlədikdən sonra sözün həqiqi mənasında Azərbaycan əsgərinə təşəkkür etməyi özümə borc bildim. Əsgər ora yığışan provakotlarla münaqişəyə girmədi, soyuqqanlılığını qorudu. O şəraitdə Azərbaycan əsgəri hər cür yola əl ata, hətta atəş aça bilərdi. Lakin səbrlə oraya yığışan insanları sakitləşdirməyə çalışırdı. Düşünürəm ki, həmin əsgərlərə bütün Gürcüstan vətəndaşları təşəkkür borcludur. Çünki onlar provakasiyaya getmədilər və iki dövlət arasındakı münasibətlərin daha da gərginləşməsinin qarşısını aldılar”.

A.Süleymanov onu da vurğulayıb ki, Azərbaycan tarix boyu Gürcüstana dəstək olub: “Gürcü xalqı 2003 və 2008-ci illər krizində Azərbaycanın dəstəyini unutmayıb. Rusiya ilə müharibə dövründə Gürcüstan Azərbaycanın yardımları nəticəsində üzləşdiyi böhrandan xilas olub. Azərbaycanın etdiyi bu yaxşılıqlar unudulmamalıdır və iki dövlətin müttəfiqliyi davam etdirilməlidir. Gürcü xalqı bunu yaxşı dərk edir. Amma hakimiyyət bu yaxşılıqları xalqımıza unutdurmaq istəyir. Xalq Zurabişvili siyasətinin qurbanına çevrilmək, səfalət işində yaşamaq istəmir, bu iqtidarın yarıtmaz siyasətinə qarşı mübarizə aparır. Ümid edirik ki, Zurabişvili və onu dəstəkləyən kənar qüvvələr xalq qarşısında diz çökəcək və Gürcüstan yenidən çiçəklənəcək, mehriban qonşuluq münbasibətlərini bərpa edəcək".
loading...
XƏBƏR LENTİ
SORĞU