18 iyl 10:40region

Daxili işlər naziri Baş Prokurorluqda dindirildi

Daxili işlər naziri Baş Prokurorluqda dindirildiGürcüstan Daxili İşlər naziri Georgi Qaxariya Baş Prokurorluqda 20-21 iyun tarixlərində Tbilisidə etiraz nümayişi zamanı polisin sui-istifadə etməsi iddiasının araşdırılması çərçivəsində dindirilib.

Bu barədə jurnalistlərə açıqlamasında Qaxariyanın özü məlumat verib.

“Bildiyiniz kimi, Baş Prokurorluq xidmət zamanı yola verilmiş mümkün səhvləri araşdırır və bu istiqamətdə tədbirlər görür. Çoxlu suallar verildi. Mən də müvafiq olaraq bütün sualları cavablandırdım...”, -deyə DİN rəhbəri bildirib.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər.

Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb. Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb ediblər. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilib. Kobaxidze Bakıya rəsmi səfərini yarımçıq kəsərək ölkəsinə qayıtdıqdan sonra istefa verib.

Etiraz aksiyası zamanı 80 polis olmaqla 240 nəfər xəsarət alıb. İki gənc insan rezin güllələr səbəbindən gözlərini itirib.(qafqazinfo.az)
loading...
XƏBƏR LENTİ
SORĞU