17 iyl 21:41region

İranda tayfalar arasında dava: ölü və yaralılar var

İranda tayfalar arasında dava: ölü və yaralılar varİranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əlvan şəhərində saatlarla davam edən tayfa davası 1 nəfərin ölməsi ilə nəticələnib.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti Şuş rayonu Şavur məntəqəsinin prokuroru Faxir Bavi deyib.

F.Bavinin sözlərinə görə, ötən gün 14:30-da başlanan tayfa davası gecə saatlarına qədər davam edib.

Hadisədə daha 13 nəfər yaralanıb. Qarşıdurma zamanı, həmçinin 5 mənzil yandırılıb.

İnsidentlə bağlı 5 nəfər saxlanılıb, qatilin isə axtarışları davam edir.
loading...
XƏBƏR LENTİ
SORĞU