17 iyl 10:42region

Ukraynanı məhv edəcəyik - Jirinovski

Ukraynanı məhv edəcəyik -  Jirinovski Əgər Ukrayna Krım körpüsünü vursa, Ukraynanı məhv edəcəyik.

Axar.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski paylaşıb.

“Turçinov Krım körpüsünün partladılmalı olduğunu bəyan edib. Yəqin ki, bunu etməyə cəhd edən dəlilər tapılacaq. Belə olan halda Ukrayna özünü dövlət kimi mövcudluğunu dayandıracaq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş rəhbəri Aleksandr Turçinov Ukraynanın “Neptun” raketlərinin bir neçə dəqiqəyə Krım körpüsünü məhv etmək gücündə olduğunu bildirmişdi.

Krım körpüsü Kerç boğazı üzərində yerləşir və Krasnodarla Krım yarımadasını birləşdirir.
XƏBƏR LENTİ
SORĞU