12 iyl 10:19region

Zelenski müxalifətin təzyiqi ilə Putinə zəng etdi?

Zelenski müxalifətin təzyiqi ilə Putinə zəng etdi?Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl rusiyalı həmkarı Vladimir Putinə zəng etməli idi.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın “Müxalif platorma – Həyat naminə” partiyasının üzvü, deputat Nestor Şufriç deyib.

“Şükür Allah, bu telefon zəngi düzgün istiqamətdə idi. İstənilən səviyyədə istənilən görüş irəliləyiş deməkdir. Mənim iki sualım var: Nə üçün 53-cü gündə Zelenski məsuliyyəti hiss edib Putinə zəng etdi? Nə üçün 5-ci, yaxud 7-ci gün yox?” - deyə Şufriç bildirib.

Deputat məhz partiyasının çağırışları nəticəsində Zelenskinin Kreml rəhbərinə zəng etməsini istisna etməyib:

“Biz göstərdik ki, bunu edə bilərik. Mən və şəxsən bizim komanda 52 gün bununla bağlı çağırış etdi. 53-cü gündə o, zəng etdi və birbaşa danışıqlar apardı”.

Qeyd edək ki, dünən V.Zelenki və V.Putin arasında telefon söhbəti baş tutub.
loading...
XƏBƏR LENTİ
SORĞU