11 iyl 12:57region

Belarusda qıza görə adam öldürən azərbaycanlı tələbəyə AĞIR CƏZA

Belarusda qıza görə adam öldürən azərbaycanlı tələbəyə AĞIR CƏZABelarusun Minsk şəhərinin Zavodskoy rayon məhkəməsi 18 yaşlı Azərbaycan vətəndaşı Rüstəm Rəhimova hökm oxuyub.

Modern.az Belarus KİV-nə istinadən xəbər verir ki, Aviasiya Akademiyasının tələbəsi olan Rüstəm Rəhimov 21 yaşlı Aleksey Krivoşeyi qətlə yetirməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsindən çəkəcək.

Hadisə 2018-ci il noyabrın 12-də Aviasiya Akademiyasının yaxınlığında baş verib. Aleksey Krivoşeyin onun keçmiş sevgilisi ilə görüşdüyünü öyrənən Rəhimov qısqanclığını boğa bilməyərək opponentini görüşə çağırıb. Görüşə öz dostları ilə gələn tərəflər arasında qısa müddətdə başlayan dava zamanı Rüstəm Rəhimovun opponentini 10 dəfə ayaq və təpiklə vurduğunu və sonra 1 dəfə bıçaqladığı müəyyən olunub.
Aleksey Krivoşeyin qanaxmasından keçindiyi açıqlanıb.
loading...
XƏBƏR LENTİ
SORĞU