10 iyl 14:06region

Sərkisyan Aprel müharibəsinə görə dindirilməyə çağırılır

Sərkisyan Aprel müharibəsinə görə dindirilməyə çağırılırErmənistanın eks-prezidenti Serj Sərkisyanın Aprel müharibəsiylə bağlı məlumat təqdim etməsi üçün parlamentə dəvət ediləcəyi vurğulanıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Onun parlamentdə Aprel müharibəsinin araşdırılması üzrə komissiyada çıxış edəcəyi qeyd edilib.

Məlumatda bu barədə qərarın bir müddət əvvəl komissiyanın qapalı iclasında verildiyi bildirilib:

“Komissiya Müdafiə Nazirliyinə parlamentə gəlməli olan şəxslərin siyahısını göndərib. Bu siyahıya eks-prezident Serj Sərkisyanın da adı daxil edilib”.
loading...
XƏBƏR LENTİ
SORĞU